Qubada iki nəfəri elektrik cərəyanı vurub, biri ölüb

   Qubada iki nəfəri elektrik cərəyanı vurub, biri ölüb
  14 May 2025    Oxunub:359
Quba rayonunun Əski-İqriq kəndində yerləşən fərdi yaşayış evində iki nəfəri elektrik cərəyanı vurub.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumatda bildirilib ki, hadisə nəticəsində 2000-ci il təvəllüdlü Əsəd Hüseynquliyev ölüb, 2001-ci il təvəllüdlü Şəmistan Yusubov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci maddəsilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti