Tramp: "İran şərtlərimizi yerinə yetirməlidir"

      Tramp:    "İran şərtlərimizi yerinə yetirməlidir"
  14 May 2025    Oxunub:434
"İranla nüvə sazişi yalnız o şərtlə imzalanar ki, bu ölkə nüvə proqramını tamamilə dayandırsın, eyni zamanda, regiondakı terror qruplaşmalarına dəstək verməkdən əl çəksin".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Körfəz Əməkdaşlıq Şurası liderləri ilə görüşündə dilə gətirib. O vurğulayıb ki, İran terror qruplaşmalarına maliyyə yardımını dayandırmalı, onları qızışdırıb müharibə şəraiti yaratmaqdan çəkinməli və nüvə silahı yaratmaq cəhdini birdəfəlik boşlamalıdır.

"Tehranın nüvə silahına malik olması yolverilməzdir", - Tramp söyləyib.
Tramp suriyalı həmkarı ilə görüşüb | FOTOLAR

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu gün Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə ilə görüş keçirib. Tərəflərin görüşünə həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, habelə videozənglə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qoşulublar. Ərdoğan Suriyaya qarşı ABŞ-nin sanksiyalarının Donald Tramp tərəfindən ləğvini alqışlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   nüvə-danışıqları  





Xəbər lenti