Ağır qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Ağır qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
  24 Aprel 2025    Oxunub:394
Ötən gün Bakının Qaradağ rayonunda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb.
AzVision.az -ın məlumatına görə, "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 6-sı kişi, 3-ü qadın olmaqla 9 nəfər bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfər əməliyyata alınıb, 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti