Netanyahu Azərbaycana gələcək

   Netanyahu Azərbaycana gələcək
  24 Aprel 2025    Oxunub:372
İsrailin Baş naziri Benyamin Netanyahunun may ayında Azərbaycana səfəri nəzərdə tutulur.
Bu barədə İsrail hökumətinin adları çəkilməyən iki nümayəndəsi "Times of Israel" xəbər saytına açıqlama verib. Bildirilib ki, Netanyahu mayın ilk yarısında Bakıya gələrək, Prezident İlham Əliyevlə görüşəcək.

Tərəflər qarşılıqlı məsələlərlə yanaşı Türkiyə və İsrail arasında Suriya üzrə aparılan danışıqlar ətrafında da müzakirələr aparacaqlar.

Onlar həmçinin Azərbaycanın "Avraam müqavilələri" və digər müxtəlif təşəbbüslərə qoşulması, eyni zamanda, ABŞ ilə ikitərəfli və üçtərəfli əlaqələrin gücləndirməsi planları üzrə danışacaqlar.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Azərbaycan   Baş-nazir   səfər  





Xəbər lenti