Qarabağ və Şərqi Zəngəzurda aktiv məşğulluq proqramları genişlənir

   Qarabağ və Şərqi Zəngəzurda aktiv məşğulluq proqramları genişlənir
  23 Aprel 2025    Oxunub:358
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Minatəmizləmə Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “AzərEnerji” ASC, SOCAR, TƏBİB, “Euroline” QSC, “Elta Development” QSC və “Safe Point” QSC-nin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı nazirliyin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir. O, işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində bu sahədə icra olunan proqramların getdikcə genişləndiyini vurğulayıb.

İşğaldan azad olunan bölgələrdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olması sahəsində görülmüş işlərdən bəhs edilib. Bu sahədə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması üçün əməkdaşlıq şəraitində görüləcək birgə işlər müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti