Tokayev: “Hansı dildə danışmaq müstəqil seçimdir”

      Tokayev:    “Hansı dildə danışmaq müstəqil seçimdir”
  24 Aprel 2025    Oxunub:316
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə heç kimin insanlara hansı dildə danışmasını məcbur etmək hüququ olmadığını və bu məsələdə təxribata əl atanların cəzalandırılacağını deyib.
AzVision.az bildirir ki, Qasım-Jomart Tokayev bir müddət əvvəl qazax dilinin cəlbediciliyinin artdığını, Qazaxıstan gəncləri arasında dəbə çevrildiyini, lakin onun təbliğini rus dili ilə qarşı-qarşıya qoyulmasının yolverilməz olduğunu vurğulayıb.

“Qazax dilinin cəlbediciliyi və rəqabət qabiliyyətliliyi sürətlə artır. Sevindirici haldır ki, qazax dili gənclər arasında dəbə və aktuallığa çevrilir. Bu dili bilmək vətəndaşların peşəkar inkişafı və şəxsi uğurları üçün vacib amilə çevrilir”, - Qazaxıstan prezidenti bildirib.

Tokayev, həmçinin qazax dilinin uğurlu gələcəyinə şübhə etmədiyini söyləyib. Onun zölərinə görə, qazax dili dövlət dili kimi qazax xalqının möhkəmlənməsində xüsusi rol oynayacaq, lakin onun təbliği başqa dillərə, xüsusən də rus dilinə zidd ola bilməz.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tokayev   dil   azad  





Xəbər lenti