Azərksomos və Tübitak yeni əməkdaşlığa başlayır

   Azərksomos və Tübitak yeni əməkdaşlığa başlayır
  24 Aprel 2025    Oxunub:311
Azərkosmos və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (Tübitak) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AzVision.az xəbər verir ki, bu razılaşma peyk texnologiyaları sahəsində iki qardaş ölkə arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində tərəflər peyklərin hazırlanması, Yerin müşahidəsi və peyk təsvirlərindən istifadə sahələrində bilik və resurs mübadiləsi həyata keçirəcəklər.

Memoranduma əsasən, Azərkosmos tələb olunan peyk təsvirlərini təqdim edəcək, Tübitak isə kosmik texnologiyalar sahəsindəki bilik və təcrübəsini bölüşəcəkdir.

Tərəflər eyni zamanda, beynəlxalq kosmik layihələrdə, xüsusilə də Türk Dövlətləri ilə bağlı təşəbbüslərdə birgə fəaliyyət göstərməyi və innovativ layihələr reallaşdırmağı hədəfləyirlər.

Bu əməkdaşlıq iki ölkə arasında elmi-texnoloji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir və regional kosmik təşəbbüslərin inkişafına mühüm töhfə verəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti