İstanbulda 291 afterşok qeydə alındı - AFAD

   İstanbulda 291 afterşok qeydə alındı -    AFAD
  24 Aprel 2025    Oxunub:324
Mərmərə dənizində Silivri sahilində 6,2 maqnitudalı zəlzələdən sonra 291 afterşok qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) Mərmərə dənizində baş vermiş zəlzələ ilə bağlı yazılı bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, onların əksəriyyəti zəif olub və saylarının azalması tendensiyası müşahidə olunur.

Xatırladılıb ki, aprelin 23-dəki yeraltı təkanın maqnitudası 6,2 təşkil edib. Episentr Silivri yaşayış məntəqəsindən təxminən 24 kilometr məsafədə yerləşib.

AzVision.az



Teqlər:





Xəbər lenti