Girovlarla bağlı danışıqlar uğursuz olarsa, İsrail Qəzzada döyüşləri gücləndirəcək

Girovlarla bağlı danışıqlar uğursuz olarsa, İsrail Qəzzada döyüşləri gücləndirəcək
  24 Aprel 2025    Oxunub:296
Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, İsrail ordusu Qəzza zolağındakı əməliyyatların əhatə dairəsini genişləndirəcək.
AzVision.az xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir deyib.

"Biz əməliyyatlarla təzyiqimizi davam etdirəcəyik və lazım gəldikdə HƏMAS-a nəzarətimizi gücləndirəcəyik. Girovların qaytarılmasında irəliləyiş görməsək, həlledici nəticə əldə olunana qədər atacağımız addımları intensivləşdirəcək və genişləndirəcəyik", - Zamir bildirib.

Qeyd edək ki, İsrail tərəfinin son məlumatına görə, HƏMAS hazırda Qəzzada 24 girovu və 35 girova aid cəsədi saxlayır.

AzVision.az



Teqlər:





Xəbər lenti