![]() |
Zelenski: "Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir" |
Qeyd olunub ki, Kiyev və Brüsselin Krımdan imtinası ilə bağlı ortaq fikrə gəlməsi Ukrayna ilə Avropanın yalnız ABŞ-nin təzyiqindən qorxduğu üçün baş verə bilər.
“The New York Times” onu da yazıb ki, bəzi Qərb analitikləri üçün Vaşinqtonun Qara dənizdəki strateji yarımada ilə bağlı mövqeyini dəyişməsi sadəcə "masaya qoyulan faktların etirafıdır”.
Bundan əvvəl Amerikanın "Responsible Statecraft" nəşri yazmışdı ki, Ukrayna və Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın Rusiya ilə münaqişəni həll etmək planından imtina edə bilməyəcək.
Xatırladaq ki, aprelin 19-da "Bloomberg" agentliyi diqqət çəkən məlumat yaymışdı. Nəşr yazıb ki, ABŞ administrasiyası Krım yarımadasının Rusiya Federasiyasının bir hissəsi kimi qanuni şəkildə tanınmasının mümkünlüyünü istisna etmir. "Tramp və komandası Kiyev ilə Moskva arasında daha geniş sülh sazişinin bir hissəsi kimi belə bir ciddi addım ata bilər",- nəşr yazıb.
Tram özü isə dünən jurnalistlərlə söhbəti zamanı deyib ki, Kiyevlə sülh müqaviləsi bağlamaq üçün Moskva Ukraynanın bütün ərazisini zəbt etməkdən imtina etməlidir.
Tural Tağıyev
AzVision.az