Türkiyədə genişmiqyaslı İŞİD əməliyyatı: 210 nəfər saxlanılıb - VİDEO

   Türkiyədə genişmiqyaslı İŞİD əməliyyatı: 210 nəfər saxlanılıb -    VİDEO
  25 Aprel 2025    Oxunub:379
Türkiyənin ümumilikdə 49 vilayətində "İraq Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına qarşı genişmiqyaslı antiterror əməliyyatı baş tutub.
Türkiyədə İŞİD əməliyyatı: 89 nəfər saxlanılıb - VİDEO

Türkiyənin daxili işlər naziri Əli Yerliqayanın öz "X" hesabında verdiyi məlumata görə, əməliyyat Respublika Baş Prokurorluğu, Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Baş İdarəsinin rəhbərliyi ilə keçirilib.

Ankara, İstanbul və İzmir şəhərlərini də əhatələyən antiterror əməliyyatında adıçəkilən terror təşkilatı üçün fəaliyyət göstərən, yaxud bu təşkilata maddi dəstək göstərən 210 şübhəli ələ keçirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   İŞİD   antiterror-əməliyyatı  





Xəbər lenti