CİA rəhbərinin müavinin oğlu Ukraynada öldürüldü - FOTOLAR (VİDEO)

   CİA rəhbərinin müavinin oğlu Ukraynada öldürüldü    - FOTOLAR (VİDEO)
  25 Aprel 2025    Oxunub:394
Ukraynada gərgin döyüşlər davam edir. Donetsk ərazisində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktor müavininin oğlu Maykl Qloss məhv edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb. Onun hücum əməliyyatı zamanı öldürüldüyü bildirilir.

“O, Rusiya Federasiyasının 137-ci Hava Desant Alayının tərkibində cəbhədə olub. 4 aprel 2024-cü ildə Donetsk vilayətində Razdolovka və Vesyole yaxınlığındakı hücum zamanı öldürülüb”, - məlumatda deyilir.

Ukraynada döyüşən məşhur rus rahib öldürüldü
Jurnalistlər Qlosun 2023-cü ildə Krıma səfər etməsini xatırladıblar. Məhz bundan sonra o, Rusiya vətəndaşlığını almaq planlarını açıqlayıb. Daha sonra CİA rəhbərinin müavininin oğlu “VKontakte” sosial şəbəkəsində səhifə yaradıb, orada Lenin, kommunizm haqqında qruplara abunə olub və Rusiya prezidenti Vladimir Putinə aid videolar dərc edib.

Qloss hərbçi ailəsində doğulub. Onun anası Culian Qloss ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktor müavini, atası Larri Qloss isə ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranıdır. O, Security Information Systems şirkətinin rəhbəridir. Şirkət proqram təminatları yaradır ki, sifarişçilər arasında Pentaqon da var.

"Meduza" nəşri isə yazıb ki, Maykl bir neçə ay dünyanı gəzdikdən sonra 2023-cü ildə Rusiya ordusuna cəlb olunub.
"O, 2023-cü ilin qışında kollecdən uzaqlaşaraq ABŞ-ni tərk edib. Qloss əvvəlcə İtaliyada yaşayıb, sonra İsrailə gedib, oradan deportasiya olunub. Gənc sonrakı bir neçə ayı Türkiyədə keçirib və burada Rainbow family icmasının toplantısı sayılan Balkan Toplantısına qatıldıb. 21 yaşlı amerikalı hətta Hatay vilayətində zəlzələdən sonra xilasetmə işlərinə kömək edib",- nəşr yazıb.

Martın əvvəlində Fransanın “Le Figaro” qəzeti ABŞ-nin vitse-prezidenti Vensin əmisi oğlu Neytin Ukrayna Silahlı Qüvvələrinin (VSU) sıralarında döyüşdüyünü yazmışdı. Onun sözlərinə görə, döyüşçü ölkədə üç il vaxt keçirib, bunun iki il yarımı “ən qanlı cəbhələrdə” olub.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   CİA   Müharibə  





Xəbər lenti