Xəzər və Nizami rayonlarında oğrular saxlanılıblar

Xəzər və Nizami rayonlarında oğrular saxlanılıblar
  26 Aprel 2025    Oxunub:359
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 30 yaşlı C.Təhməzov saxlanılıb. Ondan psixotrop maddə metamfetamin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a araşdırmalarla saxlanılan şəxsin Xəzər rayonu ərazisində yerləşən üç evdən və bir nəfərə məxsus torpaq sahəsindən oğurluq etdiyi, nəticədə zərərçəkənlərə ümumilikdə 7 min 150 manat maddi zərər vurduğu müəyyənləşib.

Nizami rayonu ərazisində də bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 3 min manat oğurlayan əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Zeynalov da saxlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti