İranda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, 1140 yaralı var

İranda partlayış nəticəsində  ölənlərin sayı 25-ə çatıb, 1140 yaralı var
  27 Aprel 2025    Oxunub:795
İranın cənubunda, Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Bu barədə Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə hallar idarəsinin rəhbəri Mehrdad Həsənzadə məlumat verib.

"Təəssüf ki, ölənlərin sayı artıb və indi 18 nəfərdir", - Həsənzadə deyib.

Qeyd edək ki, partlayış nəticəsində yaralananların sayı mini (1140 nəfər) ötüb.

Bundan əvvəl 14 nəfərin öldüyü bildirilirdi.

Səsinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti