Ukrayna rusların PUA hücumu zamanı qırıcı itirdi

  Ukrayna rusların PUA hücumu zamanı qırıcı itirdi
  28 Aprel 2025    Oxunub:370
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiyanın səhər saatlarında pilotsuz təyyarələr ilə hücumunun dəf edilməsi zamanı Su-27 qırıcısını itirib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı "Facebook" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edilib ki, qırıcı havaya qoşunlara hava dəstəyini təmin etmək üçün qaldırılıbmış.

Rusiya: Son həftədə F-16 və 45 JDAM vurmuşuq
"Düşmənin PUA-larının hava hücumunun dəf edilməsi üzrə kompleks döyüş tapşırığını yerinə yetirərkən Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısı vurulub. Bununla bağlı artıq fəaliyyətə başlayan xüsusi yaradılmış komissiya hadisənin səbəblərini araşdırır. Pilot uğurla katapultdan istifadə edib, axtarış-xilasetmə qrupu isə vaxtında onun eniş yerinə gəlib. Pilot diaqnostikadan keçmək üçün tibb müəssisəsinə aparılıb. Onun həyatı və səhhəti üçün təhlükə yoxdur, vəziyyəti stabildir", - məlumatda deyilir.".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Qırıcı   Ukrayna  





Xəbər lenti