COP29 Sədrliyi "Bakıda əsas irəliləyişlər" adlı veb-səhifə yaradıb

COP29 Sədrliyi "Bakıda əsas irəliləyişlər" adlı veb-səhifə yaradıb
  28 Aprel 2025    Oxunub:385
COP29 Sədrliyi "yaşıl" keçid və iqlim dəyişikliyinin təsirlərinin azaldılması üzrə əsas nəticələr və gələcək fəaliyyət planının ümumiləşdirildiyi "Bakıda əsas irəliləyişlər" adlı veb-səhifə yaradıb.

AzVision.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

Qeyd olunub ki, bu il COP29 komandası 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirməsinin həcminin ildə ən azı 1,3 trilyon dollara çatdırılması, həmçinin Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılması üzrə çoxillik prosesin tamamlanması kimi iddialı hədəf qoyub.

Bu, inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirməsi üzrə tarixdə ilk razılaşdırılmış kəmiyyət göstəricisidir və əvvəlki iqlim maliyyələşdirməsi hədəfindən üç dəfə çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti