Finlandiyada qalmaqal: Hitlerin namizədliyi irəli sürüldü

   Finlandiyada qalmaqal:    Hitlerin namizədliyi irəli sürüldü
  29 Aprel 2025    Oxunub:329
Finlandiyada maraqlı və qalmaqallı hadisə baş verib. Naməlum şəxslər Finlandiyanın Kanta-Hyame əyalətində keçirilən seçkilərdə Adolf Hitlerin adını namizəd kimi irəli sürüblər.
Bölgədə belə bir təşviqat kampaniyasını əks etdirən vərəqələr paylanılıb. Bu barədə Finlandiyanın "Yle" nəşri məlumat yayıb.

"Onlar insanları nasist lideri Adolf Hitlerə “namizəd” kimi səs verməyə çağırıblar. Vərəqələrdəki “namizədin nömrəsi” 88 kimi göstərilib”, - yerli media yazıb.

"Yle"nin xəbərinə görə, neonasist simvolizmində 88 rəqəmi nasistlərin "Heil Hitler" adlanan məşhur salamını xarakterizə edir. Məsələn, "H" hərfi əlifbanın səkkizinci hərfidir.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti