"Ukrayna tezliklə darmadağın ediləcək" -Tramp

   "Ukrayna tezliklə darmadağın ediləcək"    -Tramp
  29 Aprel 2025    Oxunub:275
ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsi mövzusunda maraqlı açıqlamalar verib.
Siyasətçi “The Atlantic”ə müsahibəsində bu ölkəyə kömək etdiyini bildirib. Ağ Ev rəhbəri deyib ki, o, əslində Ukraynanı “xilas edir” və ölkəyə müəyyən mənada öz xidmətini göstərir.

Tramp Zelenskinin Krımdan imtina etməyə hazır olduğunu açıqladı
"Düşünürəm ki, mən bu ölkəni (Ukraynanı-red.) xilas edirəm. Məncə, Ukrayna tezliklə darmadağın ediləcək. Bu, (Rusiya-red.) böyük hərbi maşındır. Gəlin bunu etiraf edək",- Tramp qeyd edib.

Bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp diqqət çəkən fikirlər səsləndirmişdi. “Sky News” telekanalının məlumatına görə, siyasətçi Ukrayna prezidenti Volodimir Zelenskinin Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan sülh sazişi bağlamağa hazır olduğunu deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tramp   Ukrayna   Rusiya  





Xəbər lenti