Mask: "Çinin əsas problemi demoqrafik böhrandır"

      Mask:    "Çinin əsas problemi demoqrafik böhrandır"
  29 Aprel 2025    Oxunub:331
Amerikalı sahibkar və milyarder İlon Mask Çinlə bağlı diqqət çəkən fikirlər səsləndirib.
O, "X"sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Çin demoqrafik böhranla üz-üzədir.

"Demoqrafik çöküş Çinin ən böyük uzunmüddətli problemidir",- deyə biznesmen qeyd edib.

Çin əhalisi azalıb
Onun fikrincə, eyni şeyi demək olar ki, dünyanın hər bir dövləti haqqında da demək olar.

Yanvar ayında Çinin Milli Statistika Bürosu ötən il ölkə əhalisinin 2023-cü ilin hədəfi ilə müqayisədə 1,39 milyon nəfər azaldığını bəyan etmişdi. 2024-cü ilin sonuna olan məlumata görə ölkədə 1,4 milyard insan yaşayıb. Eyni zamanda, hər 100 qadına təxminən 105 kişi düşür.

Ötən ilin dekabrın 26-da isə “The Financial Times” bu mövzuda diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazıb ki, Çin hakimiyyəti ölkədə doğum səviyyəsini stimullaşdırmaq üçün kampaniyanı genişləndirib. Subay insanlar evlənməsi üçün müxtəlif yollarla təşviq edilir, evli cütlüklər isə birdən çox uşaq sahibi olmağa həvəsləndirilirlər. Jurnalistlər qeyd ediblər ki, həm bölgələr, həm də ümumilikdə ölkə səviyyəsində həvəsləndirici tədbirlər keçirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   Əhali   Mask  





Xəbər lenti