Vətəndaşlar birbaşa polis rəislərinə müraciət edəcəklər - VİDEO

   Vətəndaşlar birbaşa polis rəislərinə müraciət edəcəklər -    VİDEO
  29 Aprel 2025    Oxunub:270
Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə DİN tərəfindən tədbirlər davam etdirilir.
AzVision.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, vətəndaşlar onlayn şəkildə qəbula yazılaraq ərazi polis orqanlarının rəislərinə birbaşa müraciət edə bilərlər.

Müraciətlərin operativ, obyektiv və həssaslıqla araşdırılması məqsədilə göstərilən bu elektron xidmətdən yararlanmaq üçün DİN-in rəsmi internet saytı və “e-polis” tətbiqində müvafiq bölmə yaradılıb.

Mobil tətbiqə daxil olaraq “Ana səhifə”dən “Qəbula yazıl” xidmətinə keçid edib qarşınıza çıxan müvafiq ardıcıllıqları yerinə yetirməklə müraciətinizi tamamlayırsınız.

Qəbula yazılan hər bir şəxsin müraciəti Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülür və problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir.



AzVision.az



Teqlər:





Xəbər lenti