İsrail-Fransa münasibətlərində gərginlik yaşanır

   İsrail-Fransa münasibətlərində gərginlik yaşanır
  29 Aprel 2025    Oxunub:270
Fransanın Xarici İşlər nazirliyi İsrailin Fələstin ərazilərinə səfərə getməyi planlaşdıran fransalı deputatlar üçün vizaların ləğvi barədə qərarını tənqid edərək, bunun ikitərəfli münasibətlərə xələl gətirdiyini bildirib.
AzVision.az xəbər verir ki, Fransa XİN-in mətbuat xidməti bununla bağlı bəyanat yayıb.

“İsrail hakimiyyətinin İsrailə və Fələstin ərazilərinə səfər etməli olan bir neçə parlament üzvündən ibarət iki Fransa nümayəndə heyətinin səyahət icazələrini ləğv etmək qərarı təəssüf doğurur. Bu, əks-məhsuldardır və Fransa-İsrail münasibətlərinə xələl gətirir”, - kommünikedə deyilir.

Bəyanatda nümayəndə heyətlərinin “Fələstinli Qaçqınlar Düşərgələri və Fransa Şəhərləri Arasında Qardaşlaşma Əlaqələri Assosiasiyası” və “Fransa Birləşmiş Şəhərləri” assosiasiyasının himayəsi altında yaradıldığına diqqət çəkilir.

Fransa XİN-i İsrailin Parisdəki səfirliyinin bu birliklərlə terror təşkilatları arasında əlaqələrə dair verdiyi açıqlamaları qəbuledilməz adlandırıb və “İsraillilərlə Fələstinlilər arasında davamlı sülhə nail olmaq üçün çalışanlara zərər vuran bu qərarların ləğvinə” çağırıb.

Xatırladaq ki, İsrailin Daxili İşlər nazirliyi bu yaxınlarda aprelin 20-dən 24-dək İsrailə və Fələstin ərazilərinə səyahət etməyi planlaşdıran solçu Fransa partiyalarından olan 27 parlamentarinin vizasının ləğv edib. Nazirlik “Frans-Press Agentliyinə (AFP)” “İsrail dövlətinə qarşı fəaliyyət göstərmək istəyən” şəxslərə qadağanı nəzərdə tutan qanuna uyğun olaraq frasnalı deputatların vizalarını ləğv etdiyini təsdiqləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Fələstin   gərginlik  





Xəbər lenti