Ərdoğan: “ABŞ olmasa İsrail dayanmayacaq”

      Ərdoğan:    “ABŞ olmasa İsrail dayanmayacaq”
  30 Aprel 2025    Oxunub:324
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin müvafiq təzyiqi olmayacağı təqdirdə, İsrailin daimi atəşkəsə keçmək niyyətinə gəlməyəcəyini bildirib.
AzVision.az xəbər verir ki, Türkiyə lideri İtaliyaya səfərdən qayıdarkən jurnalistlərlə söhbətində beılə deyib.

“İndiki məqama kimi İsrail daimi atəşkəslə razılaşmayıb. İsrail ABŞ-nin təzyiqi olmadan ona riayət edilməsinə zəmanət vermək niyyətində deyil. Görünür, o, girovların azad edilməsi müqabilində müəyyən müddətə atəşkəsə razılaşır”, - “Anadolu” agentliyi Rəcəb Tayyib Ərdoğanın sözlərindən sitat gətirir.

Ərdoğan, həmçinin qeyd edib ki, əvvəllər müəyyən nöqtəyə qədər Qəzzaya humanitar yardım çatdırmaq mümkün idi, lakin indi nəqliyyat əlaqəsi yenidən kəsilib. O, Türkiyənin Xarici İşlər nazirliyinin vaxtaşırı olaraq Qərb, Fələstin və İsrail nümayəndələri ilə humanitar yardım məsələləri ilə bağlı görüşlər keçirdiyinə də diqqət çəkib.

- Əvvəllər atəşkəs və humanitar yardım bizim yaxından işlədiyimiz iki məsələ idi. Lakin aclıq və yoxsulluq indi o həddə çatıb ki, fələstinlilər münaqişədən kənarda çoxsaylı mülki itki verə bilər. Ona görə də biz indi diqqətimizi humanitar yardım dəhlizinin açılmasına yönəltmişik. Tərəflər mübarizəni davam etdirsələr belə, mülki əhalinin onun girovuna çevrilməməsi vacibdir. Biz indi bu barədə beynəlxalq ictimaiyyətə danışırıq”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğan bildirib ki, atəşkəs və humanitar yardım məsələləri ayrı olsa da, İsrail beynəlxalq ictimaiyyətin əlavə təzyiqinə məruz qalmayana qədər bu nöqtədə vəziyyətin yumşalacağı hələ də görünməyəcək.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ərdoğan   ABŞ   İsrail  





Xəbər lenti