Türkiyə Pakistana silah göndərilməsi barədə iddiaları təkzib edib

O, bildirib ki, Türkiyənin Pakistana altı təyyarə ilə silah göndərməsi iddiaları həqiqətə uyğun deyil: “Türkiyədən yola düşən nəqliyyat təyyarəsi yanacaq doldurmaq üçün Pakistana eniş edib. Daha sonra təyin olunmuş marşrut üzrə hərəkətini davam etdirib".
Z.Aktürk vurğulayıb ki, Türkiyə Milli Müdafiə Nazirliyi Cənubi Asiyada sabitliyi təhdid edən və regional təhlükəsizliyi ciddi şəkildə pozan Pakistan-Hindistan gərginliyini böyük narahatlıqla izləyir: "Aydındır ki, iki ölkə arasında artan gərginliyin beynəlxalq təsirləri ola bilər. Ona görə də Hindistanın məsuliyyətli davranması, gərginliyi artıra biləcək addımlardan qaçması, beynəlxalq hüquq və diplomatiya çərçivəsində hərəkət etməsi mütləqdir”.
Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, Türkiyə Cənubi Asiyada qeyri-sabitlik yaradan hər cür təxribata qarşı çıxmağa davam edəcək.
AzVision.az
Teqlər: