Ukrayna 90 günlük atəşkəsə hazırdır

Ukrayna 90 günlük atəşkəsə hazırdır
  30 Aprel 2025    Oxunub:320
Ukrayna Rusiyanın razılığı halında minimum 30 günlük atəşkəsə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andriy Sibiha "Telegram" kanalında açıqlama verib.

"Rusiya ən azı 30 günlük real atəşkəsə razılıq verməklə sülh danışıqlarına hazır olduğunu sübut edə bilər. Əgər Rusiya 60 və ya 90 günlük atəşkəsə razıdırsa, biz də hazırıq", - o yazıb.

Nazir Kiyevin Moskvanın "sülhə doğru çətin yola hazır olduğunu" görmək istədiyini vurğulayıb. O, Rusiyanı real və uzunmüddətli atəşkəsə razı olmağa çağırıb ki, bundan sonra danışıqlar başlasın.

AzVision.az



Teqlər:





Xəbər lenti