Qarabağda bərpa işləri prokurorluğun nəzarətindədir

   Qarabağda bərpa işləri prokurorluğun nəzarətindədir
  01 May 2025    Oxunub:388
Ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda prokurorluq orqanlarının qarşısında yeni çağırışlar meydana çıxır.
Bu sözləri Baş prokuror Kamran Əliyev Milli Məclisin mayın 1-də keçirilən plenar iclasında çıxışı zamanı söyləyib.

Baş prokuror qeyd edib ki, dövlətin daxili və xarici təhdidlərdən müdafiəsi, antiterror tədbirlərinin hüquqi çərçivədə dəstəklənməsi, habelə müstəqil və güclü məhkəmə sisteminə dəstək göstərmək bu orqanın yeni dövrdə əsas vəzifələrindəndir. O, bununla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin prokurorluq nəzarəti altında qanunauyğun aparılmasının da önəmli olduğunu vurğulayıb.

Kamran Əliyev, həmçinin cinayətkarlığın bütün formalarına qarşı mübarizənin gücləndirilməsi, o cümlədən kölgə iqtisadiyyatı və korrupsiyaya qarşı sərt tədbirlərin davam etdiriləcəyi ilə bağlı qətiyyətli mövqe sərgiləyib. Qeyd edib ki, bu yanaşma dövlətin hüquqi dayaqlarının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

AzVision.az


Teqlər:





Xəbər lenti