Milli Məclis Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verib

   Milli Məclis Kamran Əliyevin yenidən təyin edilməsinə razılıq verib
  01 May 2025    Oxunub:453
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib.
AzVision.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib.

Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.

Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatır.

AzVision.az


Teqlər:





Xəbər lenti