Parisdə 1 May nümayişi zamanı qarşıdurma olub

Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə etməklə cavab verib.
Xuliqanların banklardan birinin filialını dağıtdığı da qeyd edilir. Bir neçə nəfər saxlanılıb.
BFMTV telekanalı polisin məlumatlarına istinadən 13 nəfərin həbs edildiyini açıqlayıb.
Daha əvvəl Paris polisinin prefekti Loran Nunyes bildirmişdi ki, paytaxtın 1 May nümayişində 2 mindən çox asayiş keşikçisi təhlükəsizliyi təmin edir.
AzVision.az
Teqlər: