Ali Məhkəmənin Kollegiya sədri televiziya verilişləri ilə bağlı irad bildirib

“Media məkanında şəxslərin şərəf və ləyaqətinin müdafiəsi məsələlərinə müəyyən qədər diqqət ayrılsa da, təəssüf ki vətəndaşların şəxsi həyatının toxunulmazlığı, şəxsi və ailə sirri kimi konstitusion hüquqlarının qorunması ilə bağlı vəziyyət heç də ürəkaçan deyil.
Belə ki, xüsusən televiziya verilişlərində bu hüquqlara qanunazid müdaxilə adət halı alıb. Göstərilənlər nəzərə alınaraq, bu istiqamətdə müvafiq hüquqi tənzimləmənin həyata keçirilməsi məqsədi ilə yaxın zamanda Ali Məhkəmə tərəfindən mühüm qərarların qəbulu nəzərdə tutulub", - deyə S.Hacıyev diqqətə çatdırıb.
AzVision.az
Teqlər: