Sibiqa: “Putin Vaşinqtonu ələ salır”

      Sibiqa:    “Putin Vaşinqtonu ələ salır”
  02 May 2025    Oxunub:536
Rusiya bir neçə günlük atəşkəs təşəbbüsü ilə manipulyasiya edir, çünki bunun arxasında müharibəni bitirmək istəyi yoxdur.
AzVision.az xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa belə iddia səsləndirib.

“İndi “Pasxa” və ya “Parad” atəşkəsi təklif edəndə biz Kremlin yeni hibrid manipulyasiya taktikasının şahidi oluruq”, - Sibiqa deyib.

Onun sözlərinə görə, artıq bütün dünyada bunların sadəcə manipulyasiya olduğu Rusiyanın ABŞ-nin və digər tərəfdaşların sülh səylərini açıq şəkildə ələ saldığı başa düşülməkdədir.

- Moskvanı sülhə məcbur etmək üçün ona təzyiqi artırmaq lazımdır. Hərbi çəkindirmə və iqtisadi təzyiq bunu edə və təcavüzün genişlənməsinin qarşısını ala bilər”, - Ukrayna XİN-in rəhbəri vurğulayıb.

Həmçinin Moskvanın Ukraynanın NATO-ya üzvlüyünün qəti əleyhinə olması iddiasına toxunan Andrey Siqiba, istər daxili, istərsə də xarici siyasətdə, o cümlədən qoşulmaq istədiyi ittifaq və ittifaqların seçimi məsələsində Kiyevin öz suverenliyinə heç bir məhdudiyyət tələblərini qəbul etmədiyini bildirib.

Lakin bundan əvvəl NATO-nun baş katibi Mark Rütte alyansın atəşkəsdən sonra Ukraynada sülhməramlı missiyada iştirakı ehtimalının az olduğunu açıqlayıb. Çünki bu, gələcəkdə NATO-nun müdafiə qabiliyyətinə təsir göstərə bilər.

Bu kontekstdə KİV-lər Mark Rüttenin 2024-cü il üçün yeni hesabatında Ukraynanın NATO-ya üzvlüyü və onun Avro-Atlantik kursunun dönməzliyi ilə bağlı ifadələrin çıxarıldığına diqqət yetiriblər.

Halbuki, Şimali Atlantika Alyansının 11 iyul 2023-cü il Vilnüs Bəyannaməsində Ukraynanın gələcəyinin NATO-da olduğu və qurumun onu üzvlük yolunda dəstəkləməyə davam edəcəyi vurğulanır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Sibiqa   Putin   ABŞ  





Xəbər lenti