"Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk" - Pakistanın səfiri

 "Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk"  - Pakistanın səfiri
  02 May 2025    Oxunub:487
Pakistan və Azərbaycan qardaş kimi həmişə birlikdədir.
AzVision.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin "X"də yazıb. Diplomat vurğulayıb ki, Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir.

Xatırladaq ki, ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginliyin narahatlıq doğurduğunu vurğulayıb. Tərəflər təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırılıb.


Teqlər:





Xəbər lenti