Ermənistanda orduya çağırış yaşı 10 il artırıla bilər

   Ermənistanda orduya çağırış yaşı 10 il artırıla bilər
  03 May 2025    Oxunub:580
Ermənistanda məcburi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılmasını təklif olunub.
AzVision.az xəbər verir ki, müvafiq qanunvericilik təşəbbüsünü hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Hayk Sarkisyan irəli sürüb.

Təklifə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər, həmçinin “Dövlət rüsumu haqqında” qanuna və Ermənistan Cinayət Məcəlləsinə əlavələr daxildir.

Xidmətdə olmanın yaş həddinin artırılması ilə yanaşı, 18 yaşına çatmamış vətəndaşlığını dəyişmiş kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) məbləğində rüsumun tətbiq edilməsi təklif olunur. Bu məbləğ hərbi xidmətdən yayınan 27 yaşından yuxarı vətəndaşlara cinayət məsuliyyətindən yaxa qurtarmağa imkan verəcək.

Təşəbbüsün məqsədi çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından çıxma hallarının qarşısını almaqdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   ordu   çağırış  





Xəbər lenti