“Rusiya bütün Ukraynanı istəyir. Mən müdaxilə etməsəydim, indi bütün Ukraynanı tutmaq üçün döyüşəcəkdilər. Rusiyaya indiki hissə lazım deyil. Rusiya bütün Ukraynanı istəyir və mən olmasaydım, buna davam edərdilər”, - Donald Tramp vurğulayıb.
Onun sözlərinə görə, Avropa liderləri onların zənglərinə cavab verməyən Rusiya prezidenti Vladimir Putinə zəng vurmağı Trampdan dəfələrlə xahiş ediblər.
- Avropa İttifaqının (Aİ) liderləri məndən dəfələrlə xahiş ediblər ki, Putinə zəng vurum. Çünki onlar zəng edəndə Putin telefonu qaldırmayıb”, - Tramp deyib.
Jurnalsit Trampa Putinin “onu da yola verə biləcəyi” barədə ifadəsini xatırladanda ABŞ prezidenti “siz də bunu edə bilərsiniz” zarafatı ilə cavab verib.
![]() |
Qrem: ABŞ Rusiyaya qarşı “sarsıdıcı” sanksiyalar hazırlayır |
“Ancaq bir şeyi deyə bilərəm: Putinin ambisiyaları mənim indi prosesə rəhbərlik etdiyimi anlayanda böyük mənada cilovlandı. Çünki o, Avropada heç kimi ciddi qəbul etmir, hətta onlara zəng də vurmurdu”, - Donald Tramp bildirib.
ABŞ prezidenti Moskvanın Vaşinqtonun Ukraynada sülhün əldə olunmasına dair təkliflərindən boyun qaçıracağı təqdirdə Amerika Konqresində Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsini dəstəkləyəcəyini də istisna etmir.
- Bu, Rusiyanın sülhə nail olmağa yönəlmiş davranış nümayiş etdirib-etdirməməsindən, sülh istiqamətində addımlar atıb-atmayacğından asılıdır. Biz sülh sazişinin olmasını istəyirik. Biz Rusiya və Ukraynanın razılığa gəlməsini istəyirik”, - Ağ Evin rəhbəri vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Donald Trampın əsas müttəfiqlərindən biri, Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qrem ABŞ-nin Rusiyaya qarşı “sarsıdıcı” sanskiyalar hazırladığını iddia edib.
Sahil İsgəndərov
AzVision.az