Daha bir “Hizbullah” komandiri öldürülüb

Daha bir “Hizbullah” komandiri öldürülüb
  06 May 2025    Oxunub:268
İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA-nın Livanın cənubunda “Hizbullah”a məxsus avtomobilə hücumu nəticəsində səhra komandiri Adnan Hərb öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hücum avtomobil yolunun Kfar Rumman və Nəbatiyyə yaşayış məntəqələri arasında yerləşən hissəsində olarkən həyata keçirilib.

Qeyd edək ki, bu, ilin əvvəlindən bəri İsrailin pilotsuz təyyarələrinin zərbələri nəticəsində öldürülən beşinci “Hizbullah” hərbi lideridir.

AzVision.az



Teqlər:





Xəbər lenti