Böyük Britaniya müharibəyə hazırlaşır

“Məxfi plan hökumətin müharibə elanına necə reaksiya verəcəyini, o cümlədən nazirləri və kral ailəsini qorumaq üçün bunkerlər, ictimai xidmət yayımı və resursların toplanması kimi mövzuları müəyyənləşdirəcək. Yəqin ki, heç vaxt dərc olunmayacaq plana həm adi, həm də nüvə raketlərindən istifadə etməklə Böyük Britaniyaya hücum da nəzərə alınmaqla, bir neçə ssenari daxildir”, - qəzetdə dərc olunan materialda bildirilir.
Həmçinin, ilk dəfə olaraq kibermüharibə ssenarisi təhlil ediləcək. Nəşrin yazdığına görə, sözügedən plan hazırlanarkən, kibermüharibə təhlükə hesab olunmurdu.
Eyni zamanda, “The Daily Telegraph” dəfələrlə diqqətə çatdırıb ki, bu planın hazırlanmasının əsas səbəbi Rusiyadan hücum təhlükəsinin olmasıdır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Britaniya müharibə hazırlıq