Köçəryanı və Sarkisyanı dəstəkləyənlərin sayı bəlli olub

   Köçəryanı və Sarkisyanı dəstəkləyənlərin sayı bəlli olub
  06 May 2025    Oxunub:334
Ölkə vətəndaşlarının 36,4%-nin fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının ən effektiv yolu növbədənkənar parlament seçkilərinin keçirilməsidir.
AzVision.az xəbər verir ki, “Gallup” Beynəlxalq assosiasiyasının Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri belə mənzərəni təsvir edir.

Aprelin 29-dan mayın 2-dək 1101 respondent arasında keçirilən sorğuda rəyi soruşulanların 29,8%-i Paşinyanın istefa verməsi təkilifini dəstəkləyib. 16,9% vətəndaş Paşinyanın öz postunu tərk etməsinin əleyhinədir. 10,1% hesab edir ki, bu, küçə etirazlarına söykənən təzyiq yolu ilə baş verməlidir, respondentlərin 5%-i isə impiçment idyeasını dəstəkləyib.

Sorğunun nəticələrinə görə, parlament seçkiləri qarşıdan gələn bazar gününə təyin olunsa, 11,5% Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasına, 8% Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın siyasi blokuna, 3,7% isə keçmiş prezident Serj Sarkisyanın siyasi blokuna səs verəcəkdi.

Rəyi soruşulanların 23,7%-i seçkilərdə iştirak etməyəcəyini açıqlayıb; 18,5 faiz cavab verməkdə çətinlik çəkib, 0,3 faizdən 3 faizədək qalan səslər müxtəlif siyasi qüvvələr arasında bölüşdürülüb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: "Gallup"   Köçəryan   Sarkisyan  





Xəbər lenti