NATO-da ilk dəfə türk general direktor seçilib

   NATO-da ilk dəfə türk general direktor seçilib
  08 May 2025    Oxunub:344
NATO tarixində ilk dəfə türk general alyansın Beynəlxalq Hərbi Qərargahında kooperativ təhlükəsizlik direktoru vəzifəsində fəaliyyət göstərəcək.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi həftəlik mətbuat konfransında məlumat verib. Bildirilib ki, sözügedən vəzifə türkiyəli briqada generalı Əray Üngüdərə tapşırılıb.

"Generalımız öz vəzifəsi ərzində NATO-dakı tərəfdaş ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, NATO-nun potensialının gücləndirilməsi üçün hərbi siyasətin işlənib hazırlanması, alyansın hüdudlarından kənarda sabitliyin yaradılması ilə əlaqədar mühüm işləri yerinə yetirəcək. Bu kritik vəzifəyə türk generalın seçilməsi Türkiyənin alyansdakı effektiv rolunun, onun təhlükəsizliyi və sabitliyinə verdiyi töhfənin mühüm göstəricisidir", – nazirliyin məlumatında vurğulanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   NATO   general   vəzifə  





Xəbər lenti