Putin İranla strateji tərəfdaşlıq müqaviləsini təsdiqləyib

Məlumata görə, bu sənəd hələ 2001-ci ildə imzalanmış Rusiya-İran münasibətlərinin əsasları və əməkdaşlıq prinsipləri haqqında müqaviləni əvəzləmək məqsədi daşıyır. Kremlin bəyanatında vurğulanır ki, sənəd ikitərəfli münasibətlərin yeni səviyyəyə qalxmasının bariz nümunəsidir.
Yeni müqavilə üzərində iş 2022-ci ildən aparılırdı. Tərəflər keçən ilin iyununda onun mətni üzərində razılığa gəliblər.
Firudin Həmidli
AzVision.az
Teqlər: Rusiya İran tərəfdaşlıq müqavilə