AK sədri: “İT nəhənglər Aİ qanunlarına riayət etməlidir”

“Qanunverici həmkarlarımızın səs verdiyi qaydalara əməl edilməlidir. Buna görə də, biz “TikTok”, “X”, “Apple”, “Meta” şirkətlərinə qarşı iddia qaldırdıq. Biz qaydaları ədalətli, mütənasib və qərəzsiz tətbiq edirik. Şirkətin haradan gəldiyi və onu kimin idarə etməsi bizi maraqlandırmır. Biz insanları qorumaqla maraqlanırıq”, - AK rəhbəri “Politico” qəzetinə müsahibəsində deyib.
Qeyd edək ki, bir neçə gün əvəvl “Wall Street Journal (WSJ” nəşri “Meta” və “Apple” şirkətlərinə qarşı açılan işlərdə iri və kiçik rəqəmsal şirkətlər arasında rəqabət üçün daha səviyyəli rəqabət mühiti təmin etmək məqsədi daşıyan Avropanın Rəqəmsal Bazarlar Aktının pozulması iddiasının yer aldığını yazıb.
Xatırladaq ki, məsələ ilə bağlı araşdırmalar 2024-cü ilin martında başlayıb və ilkin nəticələr həmin ilin yayında dərc olunub. Nəşrin məlumatına görə, şirkətlər potensial şəkildə qlobal illik dövriyyələriinin 10%-nə qədər cərimə ilə üzləşirlər, lakin reallıqda bu məbləğlər daha aşağı ola bilər. Qəzet bildirir ki, ən böyük effekt cərimələrdən deyil, şirkətləri biznes təcrübələrini dəyişməyə məcbur edəcək qaydalardan gözlənilir.
Sahil İsgəndərov
AzVision.az