Melaniya Trampın heykəli oğurlanıb

   Melaniya Trampın heykəli oğurlanıb
  16 May 2025    Oxunub:356
ABŞ-nin birinci xanımı Melaniya Trampın 2020-ci ildə Sloveniyadakı doğma şəhəri Sevnitsada qoyulan bürünc heykəlini oğurlayıblar.
AzVision.az xəbər verir ki, hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb.

Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçildikdən sonra nə vaxtsa Melaniyanın vətəninə səfər edəcəyinə dair ümidlər artıb, lakin bu, hələlik baş verməyib. İctimai çıxışlarında nadir hallarda Sloveniyanın adını çəkən ABŞ-nin birinci xanımı da hələ ki, andiçmə mərasimindən sonra doğulduğu ölkəyə gəlməyib.

Xatırladaq ki, oğurlanan bürünc heykəl Melaniyanın 2020-ci ildə yandırılmış əvvəlki taxta heykəlinin yerində ucaldılıb.

Bir müddət öncə isə, “Amazon Prime” studiyası Melaniya Trampın həyatından bəhs edən sənədli film çəkəcəyini açıqlayıb.
AzVision.az



Teqlər: Melaniya   heykəl  





Xəbər lenti