İtkin düşmüş hərbçinin qalıqları Naxçıvanda dəfn edilib

   İtkin düşmüş hərbçinin qalıqları Naxçıvanda dəfn edilib
  16 May 2025    Oxunub:345
Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları tapılan şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Şərurda dəfn olunub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, şəhidin nəşi Şərur şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfndən sonra yayılım atəşi olub.

Dəfn mərasimində şəhid M.Məmmədovun doğmaları, Şərur və Sədərək Rayon İcra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Muxtar Bayram oğlu Məmmədov 1973-cü il oktyabrın 28-də Sədərək rayonunun Dəmirçi kəndində anadan olub, I Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 26 yanvar 1994-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanli kəndi ərazisində itkin düşüb.

AzVision.az


Teqlər: itkin-şəhid   dəfn  





Xəbər lenti