Husilər yenə İsrailin əsas aeroportuna zərbə endiriblər - VİDEO

"Yəmənin raket qüvvələri Təl-Əvivin işğalı altındakı Yaffa rayonunda yerləşən Ben Qurion hava limanına hipersəs ballistik raketlə hücum edərək hərbi əməliyyat keçirib. Raket hədəfi uğurla vuraraq milyonlarla sionisti sığınacaq üçün qaçmağa məcbur edib və hava limanının işini, demək olar ki, bir saat dayandırıb”, - husuilərin Husi sözçüsü bildirib.
Bundan əvvəl İsrail ordusu Yəməndən növbəti raket buraxılışını qeydə alıb. Ölkənin mərkəzi hissəsində hava hücumu xəbərdarlığı edilib. İsrail ordusundan verilən açıqlamaya görə, hərbçilər raketin qarşısını ala bilib. Raketin qalıqlarının düşməsi nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: İsrail aeroport husilər