Ukraynaya “Taurus” raketləri verilməyəcək

   Ukraynaya “Taurus” raketləri verilməyəcək
  16 May 2025    Oxunub:342
Berlinin Kiyevi uzaqmənzilli “Taurus” qanadlı raketləri ilə təchiz etmək planı yoxdur.
AzVision.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts “ZDF” telekanalına müsahibəsində belə deyib.

“Hazırda bu məsələ gündəmdə deyil. Raketlərin çatdırılması xeyli vaxt aparacaq, çünki sistemləri idarə etmək üçün hərbi personal təlim keçməlidir. Ukrayna Fransa və Böyük Britaniyadan qanadlı raketlər alacaq”, - Merts bildirib.

Bundan əlavə, Almaniya kansleri “Taurus” raketlərinin Kiyev üçün əhəmiyyətinin şişirdildiyini ehtimal edib.

Daha əvvəl xəbər verilmişdi ki, Almaniya hakimiyyəti “Taurus” raketlərinin Ukraynaya mümkün çatdırılması ilə bağlı ictimai müzakirələrdən imtina etmək qərarına gəlib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti