Rusiya-Ukrayna danışıqlarına nə mane olur? - VİDEO

   Rusiya-Ukrayna danışıqlarına nə mane olur?    - VİDEO
  16 May 2025    Oxunub:367
Ukrayna prezidenti Volodimir Zelenskinin əraziləri qaytarmaq istəyi dialoqa əngəl yaradır.
AzVision.az xəbər verir ki, “The American Conservative” jurnalında dərc olunan məqalənin müəllifi amerikalı ekspert Entoni Konstantininin fikrincə, ABŞ Rusiya və Ukrayna arasında dialoqda vasitəçilikdən tamamilə imtina etməlidir. Çünki hər iki tərəf bacardıqlarından daha çox şey qazanmağa ümid edir: Ukrayna hələ də hansısa yolla itiridiyi əraziləri geri almağa çalışır, Rusiya isə Ukraynanın müdafiəsini tamamilə dağıtmağı planlaşdırır.

“Bu sürpriz olmamalıdır. Rusiya müharibədə qalib gəlir. Ukrayna Silahlı qüvvələri möcüzə göstərməsə, işğal olunmuş ərazilərin əksəriyyətinin, xüsusən də Donbass və Krımın nə vaxtsa Rusiyanın nəzarətindən çıxması ehtimalı azdır”, - məqalədə deyilir.

Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenskinin ölkə ərazisinin 20%-nin Rusiyaya verilməsinin tanınmasının onun siyasi karyerasına təhlükə yaradacağını anladığına diqqət çəkilir. Lakin amerikalı publisistin qeyd edir ki, ABŞ prezidenti Donald Tramp özünü belə çətin vəziyyətə salan Zelenskinin karyerasına görə məsuliyyət daşımır.

- Belə şəraitdə, Rusiya və Ukrayna Vaşinqtonun inzibati resurslarını daha çox israf etməmək üçün ən azı minimum güzəştə hazır olduqlarını sərgiləyəməyənə qədər, ABŞ danışıqlar prosesindən tamamilə uzaqlaşmalıdır”, - Entoni Konstantini vurğulayır.

Bundan əvvəl Amerikanın “The National Interest” nəşri Ukraynanın Co Baydenin dövründə olduğu kimi mənəvi arqumentlərə əl atmaqdansa, hər iki tərəf üçün faydalara diqqət çəkərək, Amerikanın mühafizəkar mediasına və Trampın məqsədlərinə uyğun şəkildə xarici siyasət strategiyasını dəyişməli olduğunu yazmışdı.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti