Tədbirdən əvvəl Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon MDB ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmiş, sonra iclas öz işinə başlamışdır.
MDB məkanında beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlığa, dini ekstremizm və radikalizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizənin aparılmasının, habelə region ölkələrinin üzləşdiyi xarici təhdidlərin vaxtında zərərsizləşdirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında məlumat mübadiləsinin aparılmasının vacibliyi iclasın əsas müzakirə mövzusu olmuşdur. Qeyd olunmuşdur ki, göstərilən istiqamətlərdə MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun qurulması üçün bundan sonra da bütün imkanlar səfərbər edilməli, qurumların qüvvə və vasitələrindən təhlükəsizliyə mənfi təsir göstərən halların aradan qadırılması yönündə daima səmərəli istifadə olunmalıdır.
Tədbir ərzində MDB dövlətlərinin xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin qarşıda duran vəzifələr barəsində geniş fikir mübadiləsi aparılmışdır.

AzVision.az