Çin istehsalı qanalma iynəsinin satışı qadağan olunub

   Çin istehsalı qanalma iynəsinin satışı qadağan olunub
  16 May 2025    Oxunub:341
Çinin "Shandong Qinkai Medical Industry Co. LTD" şirkəti tərəfindən istehsal edilmiş, 15.09.2023-cü il istehsal tarixli və 20230915 seriyalı "Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" adlı tibb vasitəsinin qablaşdırmasında çapla bağlı nöqsanlar aşkarlanıb.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən AzVision.az -a verilən məlumata görə, məhsulun üzərində yararlılıq müddəti "14.09.2023-cü il" olaraq qeyd edilib və sonradan stiker vasitəsilə bu tarix "14.09.2028-ci" il kimi düzəldilib.

Şikayət əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli, 460 nömrəli Qərarı ilə təsdiqlənmiş "Dərman vasitələrinin geri çağırılması Qaydası"nın 1.3-cü bəndinə uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi tərəfindən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, qeyd olunan seriyalı məhsul geri çağırılıb və onun ölkəyə idxalı, eləcə də ölkə daxilində topdan və pərakəndə satışı qadağan edilib.

AzVision.az


Teqlər: SN   qadağa  





Xəbər lenti