Kursantlar üçün bəzi normalar tətbiq olunacaq

Kursantlar üçün bəzi normalar tətbiq olunacaq
  16 May 2025    Oxunub:322
Müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi barədə", "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib

AzVision.az


Teqlər: qanun  





Xəbər lenti