“ASAN Könüllülərinin Diskussiya Platforması” çərçivəsində növbəti görüş olub

“ASAN Könüllülərinin Diskussiya Platforması” çərçivəsində növbəti görüş olub
  15 May 2025    Oxunub:342
ASAN könüllüləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva ilə görüşüblər.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, görüş “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində təşkil olunub.

Əsas müzakirələr “QHT fəaliyyətində gənclərin iştirakçılığı: Yeni dövrün çağırışları və imkanlar” mövzusuna həsr edilib.

Aygün Əliyeva müvafiq sahədə gənclərin artan rolundan, təşəbbüskarlıq və sosial layihələrdə iştirakın əhəmiyyətindən danışıb. O, müasir dövrün çağırışlarından və imkanlarından söz açıb, tövsiyələrini verib. Görüş sual-cavab və müzakirələrlə davam edib.

Layihənin əsas məqsədi gənclərin ictimai müzakirələrdə iştirakçılığının artırılması, rəy və təkliflərin dinlənilməsidir. Bu çərçivədə müxtəlif mövzularda təşkil olunan görüşlər gənclərin bilik və dünyagörüşünü artırmaqla yanaşı, onları maraqlandıran məsələlərin operativ müzakirəsinə imkan verir.

AzVision.az



Teqlər:





Xəbər lenti