Liviyada silahlı toqquşmalar yenidən şiddətlənib

Liviyada silahlı toqquşmalar yenidən şiddətlənib
  14 May 2025    Oxunub:321
Liviyanın paytaxtı Tripolidə silahlı qarşıdurmalar nəticəsində azı 6 nəfər həyatını itirib, təxminən 70 nəfər yaralanıb.
AzVision.az "Libya Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tripoli Səhiyyə Departamentinin nümayəndəsi Məhəmməd Əbdül Vahab məlumat yayıb.

Onun sözlərinə görə, həlak olanlar arasında beş silahlı və bir mülki əcnəbi vətəndaş var. Məlumata əsasən, həlak olan mülki şəxs Misir vətəndaşı olub.

AzVision.az



Teqlər:





Xəbər lenti