Zaporojje vilayəti kütləvi zərəbələrə məruz qalıb

   Zaporojje vilayəti kütləvi zərəbələrə məruz qalıb
  15 May 2025    Oxunub:446
Rusiya hərbçiləri son 24 saat ərzində Ukraynanın Zaporojye vilayətində on yaşayış məntəqəsinə 500 zərbə endiriblər.
AzVision.az xəbər verir ki, Zaporoje vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov belə məlumat yayıb.

“Rusiya qoşunları Stepnoqorsk, Kamenskoye, Qulyaypole, Qırmızı və Yaşıl Qay məntəqələrinə 8 hava zərbəsi endirib. Müxtəlif modifikasiyalı 283 PUA Kamenskoye, Qulyaypole, Şerbaki, Novodanilovka, Malaya Tokmaçka, Volşebnoye və Novodarovkaya hücum edib”, - Fyodorov öz telegram-kanalında yazıb.

Onun sözlərinə görə, ərazilərə həmçinin 5 dəfə reaktiv sistemli yaylım atəşi və 204 dəfə artilleriya qurğuları tərəfindən zərbələr endirilib. Mənzillərə, qeyri-yaşayış binalarına və avtomobillərə ziyan dəyməsi ilə bağlı 9 məlumat daxil olub. Mülki sakinlərə ziyan dəyməyib.

Bu gün İstanbulda Moskva və Kiyev nümayəndələri arasında keçiriləcək danışıqlar öncəsi Rusiya qoşunlarının Ukraynanın Zaporojye vilayətinə zərbələri, sözsüz ki, gərginliyin azaldılmasına xidmət etmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Zaporojye   zərbələr  





Xəbər lenti