“ChatGPT” ən çox baxılan beşinci sayt olub

“ChatGPT” ən çox baxılan beşinci sayt olub
  15 May 2025    Oxunub:447
“ChatGPT” dünyada ən çox ziyarət olunan saytlar arasında beşinci yeri tutub.
Bu, “Similarweb” şirkətinin tərtib etdiyi siyahıda göstərilib. Belə ki, istifadəçilərin “ChatGPT” saytında keçirdiyi orta vaxt 7 dəqiqə 15 saniyə təşkil edir. Bir ziyarət zamanı onlar adətən təxminən 4,15 səhifəyə baxış keçirirlər. Saytı yalnız bir səhifəyə baxdıqdan sonra tərk edənlərin faizi isə 29,59-dur.

Reytinqin ilk pilləsində “Google” axtarış sistemi, ikinci yerdə “YouTube” qərarlaşıb. Ən populyar üç sosial şəbəkə arasında isə “Facebook” və “Instagram” da var.

AzVision.az


Teqlər:





Xəbər lenti